“Maxim” taksi sifarişi xidmətinin bonus proqramının qaydaları

1. Qaydalar “Maxim” mobil əlavəsinin istənilən istifadəçisinə ünvanlanıb, “Maxim” xidmətinin rəsmi təklifidir və bonus proqramının bütün şərtlərini əks etdirir.

2. Qaydalarda istifadə olunan terminlər:

2.1. İştirakçı - “Maxim” mobil əlavəsinin istifadəçisi.

2.2. Yeni iştirakçı – “Maxim” mobil əlavəsini ilk dəfə quraşdıran, əvvəl öz mobil cihazından mobil əlavə və ya telefon nömrəsi vasitəsi ilə sifarişlər etməyən və “Maxim” xidmətinin promo kodlarını aktivləşdirməyən istifadəçi.

2.3. Promo kod - bonus proqramının iştirakçıları arasında mübadilə üçün mobil əlavədə generasiya edilən hərf və rəqəmlərin ardıcıllığı. Promo kod göndərənin və alanın, verilən bonusun və “Maxim” xidmətinin aksiyalarında iştirakın identifikatoru sayılır. Promo kodu aktivləşdirmək üçün onu “Maxim” mobil əlavəsində müvafiq sahəyə daxil etmək lazımdır.

2.4. Bonus rublu – RF rublunda (1 bonus rublu 1 RF rubluna bərabərdir) hesablanan və səfərin ödənilməsi üçün 30%-dək endirim qismində istifadə oluna bilən şərti vahid. Bonus rublları pul vəsaitlərinə dəyişilə bilməz və, bu qaydalarla müəyyən edilən, məhdudlaşıdırılmış müddət ərzində istifadə olunmalıdır.

2.5. Şəxsi hesab - “Maxim” xidməti tərəfindən yaradılan və üzərində səfərin ödənilməsi üçün tutulan və ya hesaba köçürülən avans ödənişləri və ya pul vəsaitləri fiksə edilən “Maxim” mobil əlavəsinin istifadəçisinin virtual hesabı.

3. Bonuslar növləri:

3.1. “İlk bonus”. Yeni iştirakçı “Maxim” mobil əlavəsində “Maxim” xidmətinin reklam materiallarından götürülən promo kodu daxil edir. Promo kodu uğurla aktivləşdirdiyindən sonra onun hesabına səfərin ödənilməsi üçün hesaba oturandan 90 gün ərzində istifadə oluna bilən 100 bonus rublu köçürülür.

3.2. “Dostlarına hədiyyə et”. İstifadəçi “Maxim” mobil əlavəsində fərdi promo kodu generasiya edir və istənilən mümkün üsulla onu yeni istifadəçiyə təqdim edir. Promo kodu öz mobil cihazında aktivləşdirdiyindən sonra yeni iştirakçı 100 bonus rublu əldə edir. İstifadəçi onun fərdi promo kodunun yeni iştirakçılar tərəfindən hər bir uğurlu aktivasiyasına görə 100 bonus rublu əldə edir, bir şərtlə ki, yeni iştirakçılar 90 gün ərzində, “Maxim” mobil əlavəsi ilə yaradılan, ən azı 3 səfər ediblər. Bonus rublları istifadəçilərin şəxsi hesabına köçürülür, və səfərin ödənilməsi üçün, hesaba oturandan 90 gün ərzində, istifadə oluna bilər.

3.3. “Aksiya promo kodu”. “Maxim” mobil əlavəsinin istifadəçisi “Maxim” xidmətinin aksiyasında iştirak etmək üçün promo kod alır. Promo kodu aktivləşdirdiyindən sonra o, aksiyanın iştirakçısı hesab olunur. Aktivləşdirməyə görə bonus rublları hesaba köçürülmür.

3.4. “Mükafat promo kodu”. “Maxim” mobil əlavəsinin istifadəçisi “Maxim” xidmətinin aksiyasında iştirakına görə mükafat qismində promo kod alır. Promo kodu aktivləşdirdiyindən sonra bonus rublları istifadəçinin şəxsi hesabına köçürülür və səfərin ödənilməsi üçün istifadə oluna bilər. Bonus rublların sayı və onların istifadə müddəti aksiyanın şərtləri ilə müəyyən olunur.

3.5. “Spasibo ot Sberbanka”. Bank kartının sahibi “Spasibo” bonuslarını “Spasibo ot Sberbanka” proqramının saytında (https://spasibosberbank.ru/actions/taksi-so-skidkoj-do-30-pora-ehat/) “Maxim” xidmətinin kuponuna dəyişir və, “Maxim” mobil əlavəsində aktivləşdirdiyi, fərdi promo kodu əldə edir. Aktivləşdirdikdən sonra istifadəçinin şəxsi hesabına bonus rublları köçürülür. 1 “Spasibo” bonusu 1 bonus rubluna bərabərdir. Onları səfərin qiymətinin 30%-dək ödəmək üçün istifadə etmək olar. Bonusları bonus rubllarına “Maxim” mobil əlavəsindən istifadə edən Sberbank kartının istənilən sahibi dəyişə bilər.

4. “Maxim” xidməti bonus proqramının qaydaları, müddəti, şərtləri barədə “Maxim” mobil əlavəsində və taximaximapp.ru saytda məlumat verir.